Çili millisinin keçmiş müdafiəçisi Maurisio İsla karyerasını başa vurub. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
38 yaşlı futbolçunun son klubu bu ilin əvvəlində müqavilə imzaladığı "Kolo-Kolo" olub.
İsla karyerası ərzində həmçinin "Yuventus", "Marsel", "Kalyari", "Udineze", KPR, "Fənərbaxça", "Flamenqo" və "Universidad Katolika" komandalarının formasını geyinib. çıxışları ilə tanınır.
Qeyd edək ki, müdafiəçi Çili millisinin heyətində 144 oyun keçirib və 5 qol vurub. İsla iki Dünya Çempionatında (2010 və 2014) iştirak edib və iki dəfə Amerika Kubokunun (Copa América) qalibi olub (2015 və 2016).