Misli Premyer Liqasının 5-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Gəncədə baş tutacaq.
"Kəpəz" "doğma divalar" arasında "Qəbələ" ilə ü-z-üzə gəlir. Geridə qalan 4 turdan sonra aktivində 3 xal olan "sarı-göylər" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Baş məşqçi Kaxaber Tsxadadze ilə yolları ayıran qonalar isə 4 xalla 7-ci yerdədir.
Qeyd eedək ki, görüşün start fiti saat 17:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, V tur
17:30. "Kəpəz" - "Qəbələ"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Cavid Cəlilov
VAR: Elvin Bayramov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Gəncə. Şəhər stadionu.