Misli Premyer Liqasının 5-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Şamaxı"nı qonaq edir.

 

Meydan sahibləri cari mövsümdə xal qazanmayan yeganə kollektivdi və turnir cədvəlinin zirzəməsində qərarlaşıb. Azər Bağırovun çalışdırdığı "şirlər" isə 5 xalla 6-cı yerdədir. heç şübhəsiz ki, "kimyaçılar" məhz "Şamaxı" ilə görüşdə uğursuzluğa son qoymağı, azarkeşlərini qələbə ilə sevindirmək istəyir.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar ertəsəi keçiriləcək. Hesabat həftəsinin açılış matçında isə "Neftçi" səfərdə "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.

 

Misli Premyer Liqası

I dövrə, V tur

19:45. "Sumqayıt" - "Şamaxı" 

 

Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sumqayıt. "SOCAR Polymer Arena".