"Real" futbolçusu Tibo Kurtua ilə müqaviləni uzatmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər arasında danışıqlar son mərhələdədir. Madrid klubunun belçikalı qolkiperlə 1 illik müqavilə imzalayacağı gözlənilir.
Kurtua 2018-ci ildən "Real"da çıxış edir. O, "kral klubu"nda 286 matça çıxıb.