Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 5-ci tura start verilir. Sport24.az xəbər verir ki, günün yeganı matçı bölgədə baş tutacaq.

 

Cari mövsümdə ev oyunlarını Yevlaxda keçirən "İmişli" "Neftçi"ni qəbul edir. Nominal meydan sahibləri geridə qlan 4 turdan sonra 4 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Qonaqlar isə Yevlaxa lider kimi yollanıb.  Hazırda 4 komandanın aktivində 9 xal olsa da, "ağ-qaralar" əlavə göstəricilərə görə, ilk pillədədir.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, V tur

 

16:30. "İmişli" - "Neftçi"

 

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev
VAR: Emin Əliyev 
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ömər Paşayev 
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax. Şəhər stadionu. 

 

"İmişli": 22.Sadiq Məmmədzadə, 14.Bəxtiyar Həsənalızadə, 19.Azər Salahlı (k), 77.Fərid Nəbiyev, 5.İdris İnqilablı, 33.Əkbər Eyubov, 6.Yau Mozes, 9.Dioqo Almeyda, 23.Dioqo Rollo, 7.Luis Silvestr, 80.Deko

Ehtiyat oyunçular: 1. Yusif İmanov 17. Seyxan Fərəcov 70. Mehdi Tahirov 55. Murad Ələkbərov 30. Xəlil Mürsəlli 13. Rafael Vieqaş 10. Dioqo Kardozu 8. Xuan Hernandes 42. Sebai Senin

Baş məşqçi: Fərid Namazov

 

"Neftçi": 1.Emil Balayev, 8.Emin Mahmudov (k), 17.Murad Xaçayev, 3.Rüfət Abbasov, 77.Falaye Sako, 18.İfeanyi Metyu, 55.Endryu Qravilyon, 29.Lyubomir Tupta, 33.Breno Almeyda. 10.Freddi Varqas, 11.Alen Şkribek

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 81. Məhdi Həsənov 14. Elvin Bədəlov 7. Emil Səfərov 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 26. Adeleke Akinyemi 22. Denzel Jubitana 20. Qustavo Klisman 88. Viçko Şevel 27. Draqolyub Saviç

Baş məşqçi: Yuri Vernidub