"Araz-Naxçıvan"dan ayrılan Hamidu Keytanın yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, cinah hücumçusu İsrail təmsilçisi "Hapoel"ə (Petah Tikva) keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Keyta "Araz-Naxçıvan"dan başqa, "Qarabağ" və "Zirə"də də forma geyinib.

 

O, bu yay Premyer Liqa klubundan azad agent kimi ayrılıb.