Bu gün I Liqada ikinci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək.

 

MOİK Binə qəsəbə stadionunda "Şimal"ı qonaq edir. Oyunun start fiti saat 16:30-da səslənəcək.

 

Qeyd edək ki, turun digər görüşlərində "Şahdağ Qusar" "Karvan-Yevlax"a (2:0), "Zaqatala" "Baku Sportinq"ə (3:0), "Səbail" "Mingəçevir"ə (2:1) və "Gəncəbasar" isə "Xankəndi"nə (2:1)  məğlubiyyət acısı yaşadıb.