İtaliya millisinin sabiq hücumçusu Çiro İmmobile U-16 yığmasının nümayəndə heyətinin rəhbəri təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
İmmobile yeni vəzifəsində ilk olaraq sentyabrın 15-i və 17-də İspaniyanın U-16 yığmasına qarşı keçiriləcək oyunlarda komandanın yanında olacaq.
İtaliya Futbol Federasiyasının prezidenti isə İmmobilenin bu vəzifəyə gətirilməsinin gənc futbolçular üçün mühüm nümunə olacağını vurğulayıb. O, keçmiş hücumçunun istedadla yanaşı, peşəkarlığı, intizamı və qaydalara hörməti ilə seçildiyini qeyd edib.