"Aston Villa" sol cinah müdafiəçisi Yan Maatsenlə yeni müqavilə imzalamaq üçün danışıqları sürətləndirib. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

24 yaşlı futbolçu baş məşqçi Unay Emerinin planlarında mühüm yer tutur. Klub niderlandlı müdafiəçinin gələcəyini "Villa Park"da təmin etmək niyyətindədir.

Niderlandlı müdafiəçi ilə yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted" də maraqlanıb. Lakin "Aston Villa" İngiltərə klubunun son müraciətini rədd edib və oyunçunu satmaq planının olmadığını bildirib.

Qeyd edək ki, Maatsen 2024-cü ildə "Çelsi"dən "Aston Villa"ya keçib. O, ötən mövsüm bütün turnirlərdə 44 oyunda iştirak edib və bunların 25-də start heyətində meydana çıxıb.