Kolumbiya millisinin kapitanı Xames Rodriges karyerasında yeni səhifə açıb. Sport24.az xəbər verir ki, yaşlı 35 yarımmüdafiəçi "Atletiko Nasional" klubuna keçib. Tərəflər arasında razılaşma rəsmiləşib və transfer bu gün açıqlanıb.

Rodriges 2008-ci ildə "Envigado"dan Argentinanın "Banfield" klubuna keçərək ölkəsini tərk etmişdi. O, 18 ildən sonra Kolumbiyaya qayıdaraq "Atletiko Nasional"ın formasını geyinəcək.

Kolumbiyalı futbolçuya İtaliya B Seriyasının "Avellino" klubundan da təklif olub və tərəflər arasında ilkin razılaşma əldə edilib. Lakin Rodriges sonda ölkəsinə qayıtmağa üstünlük verib.

Qeyd edək ki, Xames Rodriges klub karyerası ərzində ümumilikdə 20 titul qazanıb. Onun kolleksiyasında 8 ölkə çempionluğu, 2 Çempionlar Liqası və 1 Avropa Liqası kuboku var. Kolumbiya millisində isə 131 oyunda 31 qol vurub.