Avropada yay "transfer pəncərəsi" bağlansa da, hələ də bir çox ulduz statusunda olan futbolçular klubsuz qalıb, azad agent statusu daşıyır. Hazırda yeni dəvət gözləyən bəzi tanınmış futbolçuları  bir araya toplamışıq.

 

Pol Poqba (33 yaş)

 

DÇ-2018-in qalibinin karyerasını Liqa 1-də davam etdirməsi cəhdi vaxtından əvvəl başa çatdı. "Monako" və fransalı yarımmüdafiəçi, 2027-ci ilə qədər qüvvədə olan müqaviləyə baxmayaraq, yayda yollarını ayırmaq barədə razılığa gəldilər.

 

Riyad Mahrez (35 yaş)

 

2016-cı ildə sensasiya yaradan "Lester" heyətinin əsas ulduzlarından biri "Əl-Əhli"dən ayrıldıqdan sonra qərar verməyə tələsmir. Mahrez olduqca uğurlu bir karyera qurub. "Lester"lə çempionluq, "Mançester Siti"də keçirdiyi dörd mövsümdə dörd Premyer Liqa titulu, son iki ildə iki Asiya Çempionlar Liqasında qalib və 2019-cu ildə Əlcəzair millisi ilə Afrika Millətlər Kubokunda zəfər.

 

Ceydon Sanço (26 yaş)

 

Çox da uzaq olmayan keçmişdə bu ingilis futbolçunun adı dünyanın ən yaxşı cinah oyunçuları arasında çəkilirdi. Lakin 2021-ci ildə Sanço 85 milyon avro qarşılığında Dortmund "Borussiya"ından "Mançester Yunayted"ə keçdi və o vaxtdan bəri əvvəlki formasını bərpa etməkdə çətinlik çəkir.

 

Kərim Benzema (38 yaş)

 

Bir vaxtlar bu fransız futbolçu haqlı olaraq dünyanın ən yaxşı hücumçularından biri hesab olunurdu. O, 5 dəfə Çempionlar Liqasını qzanınmaqla yanaşı, "Real"ın heyətində 648 oyunda 354 qol vurub və 2022-ci il "Qızıl top"u (Ballon d'Or) mükafatını qazanıb. Lakin onun Səudiyyə Ərəbistanındakı karyerasını uğurlu adlandırmaq çətindir. Fevralda Benzema "Əl-İttihad"dan "Əl-Hilal"a keçdi və hazırda klubsuzdur.

 

Xames Rodriges (35 yaş)

 

DÇ-2014-ün ulduzu və bombardiri parlaq bir karyera yaşayıb. Lakin 75 milyon avro qarşılığında "Monako"dan "Real"a keçdikdən sonra, ara-sıra göstərdiyi parlaq oyunlara baxmayaraq, kolumbiyalı futbolçunun ulduzu tədricən söndü. Onun "Bavariya"dakı icarə dövrü, ardınca isə "Everton", "Əl-Rəyyan", "Olimpiakos", "San-Paulo", "Rayo Valyekano", "Leon" və "Minnesota Yunayted"dəki çıxışları yaddaşlarda dərin iz buraxmadı. 

 

Serxio Ramos (40 yaş)

 

"Real" və İspaniya millisinin əfsanəvi müdafiəçisi ötən mövsümün sonunda "Sevilya"nın sahibi olsa da, karyerasını başa vurduğunu açıqlamayıb.

 

Dani Karvaxal (34 yaş)

 

İspaniyalı cinah müdafiəçisi futbolda qazanıla biləcək demək olar ki, bütün titulları əldə edib. Avro-2024-dəki qələbədən sonra Karvaxal "Qızıl top" (Ballon d'Or) səsverməsində dördüncü yeri tutub. Bu yaxınlarda "L"Équipe" nəşri Danini Çempionlar Liqası tarixinin rəmzi heyətinə daxil edib. Hazırda klubsuzdu.

 

Rəhim Sterlinq (31 yaş)

 

İngiltərənin dörd aparıcı klubunda ("Çelsi", "Arsenal", "Mançester Siti" və "Liverpul") çıxış etmiş azsaylı futbolçulardan biri olan Sterlinq bir neçə il əvvəl karyerasında heç cür aradan qaldıra bilmədiyi bir durğunluq dövrü yaşayır. Rahim ötən mövsümü "Feyenoord"da keçirsə də,i, uğursuzluq yaşayıb. 

 

David Alaba (34 yaş)

 

"Bavariya" və "Real"ın keçmiş müdafiəçisi zəngin çempionluq təcrübəsinə malikdir. O, karyerası ərzində Almaniya və İspaniyanın aparıcı klublarında ümumilikdə 38 titul,  o cümlədən dörd dəfə Çempionlar Liqasının qalibi olub. O indi azad agent kimi klub axtarışındadır.