Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycan millisinin rəqibi olacaq Çexiya yığması Gürcüstan ilə yoldaşlıq matçında heç-heçə edib. Sport24.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Tbilisi Olimpiya Sarayında keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

 

Qeyd edək ki, iki gün əvvəl reallaşan ilk görüşdə Gürcüstana 3:2 hesabı ilə qalib gələn Çexiya yığması Azərbaycan millisi ilə oktyabrın 16-da səfərdə, noyabrın 5-də isə doğma meydanda üz-üzə gələcək.