"Bavariya"nın futbolçusu Maykl Olise Çempionlar Liqasındakı möhtəşəm çıxışından sonra verdiyi qısa müsahibə ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi turnirin ilk oyununda Norveçin "Bodo-Qlimt" klubunu 5:0 hesabı ilə məğlub edib. Olise qələbədə iki qolu ilə pay sahibi olub və UEFA tərəfindən görüşün ən yaxşı futbolçusu seçilib.
83-cü dəqiqədə təxminən 30 metrlik məsafədən möhtəşəm zərbə ilə hesabı 4:0 edən fransalı futbolçu, əlavə vaxtda baxımlı qövsvari zərbə ilə ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
"Maçın adamı" mükafatını aldıqdan sonra Olisedən təəssüratlarını soruşublar. O isə sadəcə "Yaxşı, yaxşı, yaxşı" deməklə kifayətlənib.
Daha sonra futbolçu DAZN telekanalının müxbiri Yoçen Ştutskinin suallarını cavablandırıb.
– Bu oyunu 5:0 qazanmaq necə hissdir?
– Bəli, yaxşı idi. İlk oyun idi. Evimizdə oynayırdıq və qalib gəlmək istəyirdik. Sonda qalib gəldik, buna görə xoşbəxtik.
– Belə qollar vurmaq nə qədər asandır? Möhtəşəm görünür. Özünü necə hiss edirsən?
– Of, bilmirəm.
– Həqiqətən bilmirsən? Bu necə alınır? İçindən gəlir, yoxsa əvvəlcədən düşünürsən?
– Zərbə vururam və top ya qapıya gedir, ya da getmir.
– Amma bu qədər asandırsa, bunu hər kəs edə bilər. Halbuki bunu yalnız sən bacarırsan.
Olisenin qısa və soyuqqanlı cavabları müsahibəyə damğa vurub.