"Komo" qış transfer dönəmində hücumameyilli yarımmüdafiəçi Niko Pasla bağlı gələn təklifləri nəzərdən keçirməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, "Çelsi" 22 yaşlı argentinalı futbolçunu yaxından izləyir. "Mançester Yunayted" və "Arsenal" da ona maraq göstərir. Bundan əlavə, "Real"ın oyunçu ilə bağlı geri alma hüququ (müqavilədə xüsusi bənd) mövcuddur. Bu bəndə əsasən, Madrid klubu 2027-ci ilin yayında 80 milyon avroya futbolçunu geri ala bilər.

 

Pasa olan marağın artmasına baxmayaraq, onun qış "transfer pəncərəsi"ndə komandadan ayrılması ehtimalı azdır. "Komo"nun rəhbərliyinin fikrincə, qarşıya qoyulan hədəflərə çatmaq üçün bu futbolçu əvəzolunmazdır. 

 

Klub nümayəndələri dəfələrlə vurğulayıblar ki, futbolçu yaxın gələcəkdə satışa çıxarılmayacaq.

 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm 11 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.