Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 10-cu tura start verilir.  Sport24.az xəbər verir ki, "Turan Tovuz" "Doğma divarlar" arasında "Sabah"ı qəbul edir.

 

Bu matçı turun mərkəzi görüşü də adlandırmaq olar. Qonaqlar 9 turdan sonra (bir oyun təxirə düşüb) 20 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.  Meydan sahibləri isə 15 xalla 5-ci yerdədir. 

 

Komandalar indiyədək ölkə çempionatlarında 15 dəfə üz-üzə gəliblər. Bu görüşlərin 8-də Bakı təmsilçisi, 4-də Tovuz klubu qələbə qazanıb. Daha 3 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "Sabah" üstündür – 23:19.

 

Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək "Sumqayıt" - "Şəfa" matçı ilə yekun vurulacaq.

 

Misli Premyer Liqası

I dövrə, X tur

 

18:30. "Turan Tovuz" - "Sabah"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

Tovuz. Şəhər stadionu.

 

"Turan Tovuz": 1. Oleq Baklov 5. Roderik Miller 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 77. Vadji İbrahima 32. Hayderson Hurtado (k) 7. Xorxe Silva 33. Filip Damyanoviç 28. Aleksa Yankoviç

 

Ehtiyat oyunçular: 35. Aleksey Kenyaykin 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 15. Emmanuel Hakman 19. Roberto Olabe 25. Denis Marandiçi 8. David Tavareş 11. Dioqo Balau

Baş məşqçi: Kurban Berdiyev

 

"Sabah": 92. Stas Pokatilov (k) 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 37. Du Keyros 99. Patrik Mbina 8. Kristian Nvaçukvu

 

Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 9. Xəyal Əliyev 20. Coy Lens Mikels 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 34. Ksander Severina 18. Karlos Eduardo 7. Umarali Raxmonaliyev 4. Eyden Makkarti 23. Yunes Laşaab

Baş məşqçi: Valdas Dambrauskas