"Bursaspor"da çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov yenidən start heyətdə yer almaq üçün mübarizə aparır. Sport24.az xəbər verir ki, bu barədə yerli "Bursakonusuyor" nəşri məlumat yayıb.

I Liqanın XIII turunda "Bandırmaspor"u qəbul edəcək "Bursaspor"da məşqçilər korpusu futbolçuların məşqlərdəki fərdi performansını yaxından izləyir.

Mövsümün əvvəlində heyətə qoşulan Bayramov xüsusilə məşqlərdəki əzmkarlığı ilə seçilir.

9 qarşılaşmada meydana çıxan 25 yaşlı yarımmüdafiəçi ümumilikdə 262 dəqiqə oynayıb və bu matçların yalnız 2-də start heyətdə yer alıb.

Məşqçilər korpusunun start heyətlə bağlı qərarı futbolçuların son məşqlərdəki performansı və komandanın taktiki ehtiyacları nəzərə alınmaqla veriləcək.

Qeyd edək ki, "Bursaspor" – "Bandırmaspor" qarşılaşması oktyabrın 31-də keçiriləcək.