Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kütləvi veloyürüş təşkil edilib. Sport24.az xəbər verir ki, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan yürüşdə Zəngilan şəhər, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də milli komandaların üzvləri iştirak ediblər.
İşğaldan azad olunmuş torpaqlarda idmanın təbliği və uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə reallaşan tədbirin sonunda iştirakçı məktəblilərə federasiya tərəfindən velosiped və qoruyucu dəbilqələr hədiyyə olunub.