Əvəzedicilər Liqasında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün 3 oyun baş tutub.

 

"Turan Tovuz-2" – "İmişli-2" və "Kəpəz-2" – "Zirə-2" matçlarında qalib müəyyənləşməyib. "Sumqayıt-2" isə evdə "Araz-Naxçıvan-2" komandasına uduzub.

 

Əvəzedicilər Liqası

8-ci tur

31 oktyabr

 

"Kəpəz-2" – "Zirə-2" 0:0

 

"Turan Tovuz-2" – "İmişli-2" 3:3

Qollar: Nihat Qurbanzadə, 14; 24. Sadiq Şəfiyev, 25 – Əli İslamov, 2. Luis Silvestr, 8. Fərid Şahhüseyni, 74.

 

"Sumqayıt-2" – "Araz-Naxçıvan-2" 0:1

Qol: İbrahim Piriyev, 57.