Almaniyada Şimal-Şərq Regionalliqasında 15-ci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo"(Berlin) evdə "Ayntraxt 1949"(Frankfurt) klubu ilə qarşılaşıb və rəqibini 2:0 məğlub edib.

 

Dadaşov meydana start heyətində çıxıb və 25-ci dəqiqədə komandasını hesabda irəli çıxarıb. O, 66-cı dəqiqədə əvəzlənib. "Dinamo" hazırda 29 xalla üçüncü yerdədir.