Bu gün Futbolun İnkişaf Fondunun yaranmasının 10 ili tamam olur.Sport24.az xəbər verir ki, 2016-cı ilin avqustunda AFFA-nın İcraiyyə Komitəsinin iclasında Fondun təsis edilməsi haqqında qərar qəbul edilib. Həmin il oktyabrın 31-də Fond rəsmi dövlət qeydiyyatına alınıb.   2022-ci ilin fevralında AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarla Fondun fəaliyyət istiqamətləri genişləndirilib və Tural Piriyev icraçı direktor təyin olunub.   Güclü və dayanıqlı regional futbol klublarının formalaşdırılmasını vizyon seçən Futbolun İnkişaf Fondu region futbol klublarının dayanıqlı inkişafına dəstək göstərməyi, irs formalaşdırmağı və cəmiyyətin hər bir üzvünə bu prosesdə yaxından iştirak etmək imkanı yaratmağı missiyası hesab edir.