La Liqanın 10-cu turu çərçivəsində, oktyabrın 25-də keçirilən "Barselona" – "Real" (1–2) qarşılaşması "Spotify Camp Nou"nun tarixində ən çox gəlir gətirən oyun olub. Sport24.az "Diari Ara" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu təkcə bilet satışından 19,1 milyon avro gəlir əldə edib.
Mənbənin sözlərinə görə, həftəsonu ərzində "Barselona"nın fanşopu 1,5 milyon avro gəlir əldə edib.
"El Klasiko" ərəfəsində "Barselona" biletlərin ilk partiyasını yalnız klub üzvləri üçün satışa çıxarıb. "Real" ilə oyuna biletlərin qiyməti 315 avrodan başlayırdı, klub üzvlərinə 5 faiz endirim tətbiq olunurdu.
Qeyd olunur ki, biletlərin ilk partiyası dərhal satılıb. Daha sonra biletlər geniş ictimaiyyət üçün satışa çıxarılıb və ən ucuz biletin qiyməti 1000 avrodan yuxarı olub. Onlar da tam satılıb.