FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar arasında dünya çempionatının mükafat fondunu 2023-cü il turniri ilə müqayisədə iki dəfə artırmağı planlaşdırır.  Sport24.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, komandalara ümumilikdə 220 milyon dollar ödənilə bilər.

 

Qeyd edək ki, 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatında mükafat fondu 110 milyon dollar təşkil edib. 2019-cu ildə bu məbləğ cəmi 30 milyon dollar olub.