"Fənərbaxça"nın əsas komandasına müvəqqəti rəhbərlik edəcək mütəxəssis müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

 

İdarə Heyətinin iclasında qəbul edilən qərara əsasən, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasiləyə qədər komandanın baş məşqçi səlahiyyətlərini Dirk Kuyt yerinə yetirəcək.

 

Klubun yeni baş məşqçisinin müəyyənləşdirilməsi üçün xüsusi komitə yaradılıb. İdarə Heyəti seçim prosesinin mümkün qədər tez yekunlaşdırılmasını tapşırıb.

 

"Fənərbaxça"nın rəsmi açıqlamasında azarkeşlərə də müraciət olunub:

 

"İndi çiyin-çiyinə dayanmaq, futbolçularımıza və məşqçilər heyətimizə sahib çıxmaq vaxtıdır. Tribunadan yüksələn hər səs, göstərilən hər dəstək bu mübarizədə böyük əhəmiyyət daşıyır. Böyük azarkeş ordumuzla birlikdə "Fənərbaxça"nı layiq olduğu uğurlara çatdırmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik".

 

Klub azarkeşləri sabah keçiriləcək qarşılaşmada komandaya dəstək olmağa çağırıb.

 

Qeyd edək ki, Dirk Kuyt futbolçu karyerası ərzində 2012–2015-ci illərdə "Fənərbaxça"nın formasını geyinib.