Misli Premyer Liqasının 10-cu turunun ikinci oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "doğma divalar" arasında "Qarabağ"ı qonaq edir.

 

Qəbələdə üz-üzə gələcək komandalar turnir cədvəlinin əks qütblərində qərarlaşıblar. Meydan sahibləri 9 turdan sonra 7 xalla turnir cədvəlinin 10-cu, aktivində 18 xal olan qonaqlar (bir oyun az keçirib) isə 3-cü yerdədir. Ağdam təmsilçisi bu gün səfərdən qələbə ilə dönəcıyi halda lider "Sabah"ı (20 xal) ötəcək və zirvəyə yüksələcək. Meydan sahibləri 3 xal qazanacağı halda təhlkəli zondan bir qədər uzaqlaşacaq.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar ertəsi keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, X tur

 

17:30. "Qəbələ" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev
VAR: Cavid Cəlilov 
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ şəhər stadionu,