"Qarabağ"ın sabiq futbolçusu Adama Diakabinin yenidən Azərbaycanda çıxış etmək imkanı olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Məlumata görə, hazırda 30 yaşında olan futbolçu agentləri vasitəsilə Misli Premyer Liqasında çıxış edən klublara təklif olunub.

Lakin ölkə təmsilçilərindən heç biri fransalı hücumçunun transferində maraqlı olmayıb.

Diakabi 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib. Hazırda isə Almaniyanın 3-cü Liqasında mübarizə aparan "Manhaym"ın heyətində yer alır.