Misli Premyer Liqasının X turunda bu gün "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək. Sport24.az xəbər verir ki, qarşılaşma saat 17:30-da başlayacaq.

Komandalar indiyədək Azərbaycan çempionatlarında 65 dəfə üz-üzə gəlib. Bu görüşlərin 38-də Ağdam təmsilçisi, 10-da isə "Qəbələ" qələbə qazanıb.

Daha 17 qarşılaşma heç-heçə ilə başa çatıb. Topların nisbətində də "köhlən atlar"ın üstünlüyü var – 109:49.

Maraqlıdır ki, "Qəbələ" Premyer Liqada "Qarabağ"a qarşı keçirdiyi son 27 oyunda qələbə qazana bilməyib. "Qırmızı-qaralar"ın bu rəqib üzərində çempionatda sonuncu qələbəsi 2017-ci ilin oktyabrına təsadüf edir. Həmin görüşdə "Qəbələ" 1:0 hesabı ilə qalib gəlib.