Yarımmüdafiəçi Ramik Hacıyev adı dəyişdirilərək "Xarkov" adlandırılan "Metalist 1925" klubuna qoşulmaq məsələsinə aydınlıq gətirib. Futbolçu  bu barədə "FootballHub" Telegram kanalına açıqlama verib:

 

"Dinamo" və "Polissya" ilə danışıqlar gedirdi, lakin həmin vaxt "Metalist 1925"-dən daha ciddi təklif gəldi. Gələcəyimlə bağlı, həmçinin bir futbolçu, bir oyunçu kimi mənə göstərilən münasibət baxımından "Metalist 1925" məni daha çox cəlb etdi.

Hətta belimlə bağlı problemlərimdən xəbər tutanda, nə edilməli olduğuna dair müxtəlif rəylər almaq üçün dörd fərqli həkimlə - hətta İspaniyadan olan bir həkimlə də - məsləhətləşdilər. Məhz buna görə də oraya getməyə qərar verdim. O vaxt onlar məni əsas komandanın bir hissəsi kimi görürdülər. Əlbəttə, dərhal start heyətindəki yer barədə danışmağın mənası yox idi. Əsas heyətdə oynamağa hazır olduğumu gərgin zəhmətim və çıxışımla sübut etmək mənim öhdəmə düşürdü".

 

Qeyd edək ki, Ramik Hacıyev əslən azərbaycamlıdır. 21 yaşlı futbolçu 2005-ci ildə Bakıda anadan olsa da, həm Ukrayna, həm də Azərbaycan vətəndaşlığına malikdir. Hacıyev karyerası ərzində Ukraynanın U-19 (7 oyun), U-20 (3 oyun, 1 qol) və U-21-nin (3 oyun, 2 qol) formasını geyinib.