"Araz-Naxçıvan"ın futbolçusu Rövlan Muradov Misli Premyer Liqasının 10-cu turunda "Zirə" ilə keçirilən qarşılaşmada zədələnib.

Sport24.az xəbər verir ki, matçın ilk hissəsində xəsarət alan yarımmüdafiəçi oyunu davam etdirə bilməyib və meydanı vaxtından əvvəl tərk edib.

 

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmanın ilk hissəsi oynanılır və hesab açılmayıb