"Mançester Yunayted"in hücumçusu Benyamin Şeşko Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda "Sabah" üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib. Sport24.az xəbər verir ki, təmsilçimizin qapısına yol tapan hücumçu bu barədə UEFA-nın rəsmi saytına danışıb:
"Düşünürəm ki, hər şey hamı üçün mükəmməl alındı. Xüsusilə də azarkeşlər üçün. Onların bu qədər qol görməsi vacibdir. Ümumilikdə, hər şey əla keçdi. Bu, qarşıdakı oyunlar ərəfəsində bizə əlavə motivasiya verir".
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Mançester Yunayted" səfərdə "Atletiko" ilə, "Sabah" isə evdə Praqa "Slaviya"sı ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 13-də keçiriləcək.