"Barselona"nın idman direktoru Deku kataloniya klubunun oyunçuları Pedri və Rafinyanın "Qızıl top"a (Ballon d'Or) namizədlər siyahısına daxil edilməməsinin səbəbini anlamadığını bildirib. Sport24.az xəbər verir ki, funksioner bu barədə RAC1-ə açıqlama verib:
"Pedri və Rafinyanın siyahıda olmaması mənim üçün tamamilə qəbuledilməzdir. Belə ədalətsizliklər olur. Pedrinin istedadını, Rafinyanın qolçuluq bacarığını nəzərə alsaq, onların adlarının siyahıda olmaması böyük biabırçılıqdır".
Portuqaliyalı direktorun fikrincə, bu il "Qızıl top"u Kataloniya təmsilçisinin vingeri Lamin Yamal qazanmalıdır.
Qeyd edək ki, nə Pedri, nə də Rafinya "France Football" tərəfindən dünyanın ən yaxşı oyunçusuna təqdim edilən mükafat uğrunda mübarizə aparacaq 30 nəfərlik siyahıya düşə bilib.