UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında "Həftənin oyunçusu" mükafatına namizədlərin adlarını açıqlayıb. Sport24.az xəbər verir ki, Liqa mərhələsinin ilk turunun oyunları çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri keçirilib.
"Slovan"la oyunda het-trik edən PSJ-nin hücumçusu Ferran Torres; "Viking"lə matçda üç qol vuran "Ştutqart"ın hücumçusu Ermedin Demiroviç, "Feyenoord"la görüşdə dubl edən "Barselona"nın yarımmüdafiəçisi Rafinya və "Lill"ə qarşı görüşdə iki qol vuran "Betis"in müdafiəçisi Mark Bartra "həftənin oyunçusu" olmağa yaxındırlar.
Həftənin oyunçusu UEFA-nın rəsmi saytında keçiriləcək səsvermə yolu ilə müəyyən ediləcək.
Qeyd edək ki, Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun oyunları oktyabrın 13 və 14-də keçiriləcək.