"Məğlub olmağımıza baxmayaraq yaxşı çıxış etdik, qol imkanları da yaratdıq". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.
Müdafiəçi İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
"İctimai TV"yə açıqlama verən futbolçu Coy-Lens Mikels və Mbina ilə bağlı yaranan qol imkanlarından danışıb:
"Lakin həmin şanslardan istifadə edə bilmədik. Rəqibin hansı səviyyədə komanda olduğu bəllidir. Qarşılaşma bu hesabla bitməyə də bilərdi. Futboldur. Onlar daha təcrübəlidirlər. Bizdən üstün idilər və qol imkanlarından istifadə edə bildilər.
Bu oyunu artıq unutmalıyıq. Həm Premyer Liqadakı, həm də UEFA Çempionlar Liqasındakı növbəti matçlara köklənməliyik. Hər rəqibə ayrı-ayrılıqda hazırlaşırıq. Qarşıdakı oyunda "Slaviya"nı Bakıda qəbul edəcəyik. Yaxşı nəticə qazanaraq xalqımızı sevindirmək istəyirik".
Daşdəmirov "Old Trafford"da meydana çıxmasının onun üçün xüsusi əhəmiyyət daşıdığını da bildirib:
"Bir azərbaycanlı olaraq bu stadionda oynamaq qürurvericidir. Start heyətində yer alan yeganə yerli futbolçu mən idim. Bu hissləri sözlə ifadə edə bilmərəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Amma futbolda səhvlər də olur. Əsas odur ki, səhvlərimdən nəticə çıxarım".