"Əksər futbolçularımız, eləcə də klubumuz üçün bu, UEFA Çempionlar Liqasındakı ilk oyun idi". Sport24.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Akim Zedadka deyib.
30 yaşlı cinah müdafiəçisi İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra "Anewz TV"yə açıqlama verib.
Futbolçu nəticəyə görə məyus olduqlarını, lakin qarşıdakı oyunlara nikbin baxdıqlarını bildirib:
"Əlbəttə, nəticəyə görə bir qədər məyusuq. Çünki düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik. 0:4 hesabı bir az ağır oldu, amma futbol budur.
Bununla belə, bu gün xoşbəxtik. Mən şəxsən çox xoşbəxtəm. Dünyanın ən yaxşı stadionlarından birini gördüm. Qarşıda bizi daha yeddi oyun gözləyir və ümid edirik ki, həmin matçlarda əlimizdən gələnin ən yaxşısını edəcəyik".