UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Litva – Azərbaycan oyununda milli komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün biletlər onlayn şəkildə satışdadır. Sport24.az xəbər verir ki, Azərbaycanlı azarkeşlər üçün ayrılmış 228 və 229-cu sektorlara biletlərin qiyməti 14 avrodur.
Qeyd edək ki, sentyabrın 27-də Kaunas şəhərində yerləşən "Dariaus ir Gireno" stadionunda keçiriləcək Litva – Azərbaycan matçı yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlayacaq.
Biletləri aşağıdakı linkə keçid edərək əldə edə bilərsiniz: