Minifutbol üzrə Çempionlar Liqasında mübarizə aparacaq Azərbaycan komandalarının qrup mərhələsindəki rəqibləri bəlli olub. Sport24.az xəbər verir ki, "Birbaşa Bakı" E qrupunda "Real Çoholiks" (Slovakiya), "Çikaqo Bandur" (Macarıstan) və "Ardeleni" (İngiltərə) kollektivləri ilə mübarizə aparacaq.

 

"Aznur" F qrupunda "The Private Rooftop" (Macarıstan), "Sokil" (Polşa) və "Bukovina Badeuti" (İngiltərə) ilə münasibətlərə aydınlıq gətirəcək.

 

"Zirə" isə G qrupunda "Qrupo Roxu" (İspaniya), "Hanspaulka" (Çexiya) və "Krayina" (Bosniya və Herseqovina) ilə üz-üzə gələcək.

 

Avropa Kubokunun qrup mərhələsində çıxış edəcək "Buxar Sumqayıt"ın da rəqibləri bəlli olub. "Gənclik şəhəri" təmsilçisi G qrupunda Çexiyanın "Abus Qastro Jıhlava", Polşanın "Aldaç 442 Sport Pub", Bosniya və Herseqovinanın "Delinq İkons Lukavaç" kollektivləri ilə qarşılaşacaq.