"Bavariya"nın hücumçusu Harri Keyn "Ballon d"Or" mükafatına namizəd göstərilməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, ingiltərəli forvard UEFA-ya açıqlamasında namizədlər arasında komanda yoldaşları ilə birlikdə yer almasından qürur duyduğunu deyib:
"Komanda yoldaşlarımla birlikdə namizəd göstərilməyimdən qürur duyuram. Amma nəticə mənim əlimdə deyil, səsvermədən asılıdır. Mənim üçün xüsusi mövsüm oldu. İndi isə bütün diqqətimi bu mövsümə yönəltməliyəm".
Keyn "Bavariya"nın Çempionlar Liqasını qazanmaq şanslarını da dəyərləndirib. O, Münhen təmsilçisinin istənilən rəqib üçün təhlükəli olduğunu vurğulayıb:
"Baş məşqçimizlə daha bir il keçirdik və onun ideyalarını daha yaxşı anlayırıq. Təvazökar qalırıq, amma həm topla, həm də topsuz oyunda rəqiblərin bizimlə qarşılaşması çətin olacaq. İstənilən komanda üçün təhlükəyik".
30 yaşlı futbolçu müqaviləsi ilə bağlı danışıqların da müsbət istiqamətdə getdiyini bildirib:
"Danışıqlar yaxşı gedir. Ümid edirəm ki, növbəti bir-iki ay ərzində istədiyimiz mərhələyə çatacağıq. Hazırda özümü xoşbəxt hiss edirəm. Mənim və klubun istədiyi yeganə şey meydana fokuslanmaq, qollar vurmaq və komandaya kömək etməkdir".