Son 10 mövsümdə UEFA Çempionlar Liqasının əvvəlki formatda qrup, hazırkı sistemdə isə liqa mərhələsində iştirak edən və heyətlərinin ümumi dəyəri ən aşağı olan klublar müəyyənləşib. Sport24.az xəbər verir ki, ilk "5-lik"də Azərbaycanın iki təmsilçisi yer alıb.

"Qarabağ" 2017/2018 mövsümündə qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində debüt edərkən heyətinin ümumi dəyəri 17,3 milyon avro olub. Ağdam təmsilçisi bu göstəriciyə görə siyahıda 4-cü pillədə qərarlaşıb.

Cari mövsümdə UEFA Çempionlar Liqasının liqa mərhələsinə yüksələn "Sabah" isə ilk "5-liy"i tamamlayıb. "Bayquşlar"ın heyətinin ümumi dəyəri 19 milyon avro təşkil edir.

Beləliklə, son 10 mövsümün Çempionlar Liqası iştirakçıları arasında heyət dəyəri ən aşağı olan beş klubdan ikisi Azərbaycan təmsilçiləridir.