UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az xəbər verir ki, "Mançester Yunayted" – "Sabah" qarşılaşması bu göstəriciyə görə dördüncü yeri tutub.

"Old Trafford" stadionunda keçirilən görüşü 73 685 tamaşaçı izləyib.

I turun ən çox azarkeş toplayan görüşü isə "Sabah"ın Liqa mərhələsindəki rəqiblərindən ikisinin dueli olub. Dortmund "Borussiya"sının İspaniya "Vilyarreal"ını məğlub etdiyi qarşılaşmada 77 500 tamaşaçı qeydə alınıb.

Xatırladaq ki, "Sabah" İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzub.