Bilbao "Atletik"inin hücumçusu İnyaki Uilyams Qana millisində çıxışını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, forvard bu barədə sosial media hesabında paylaşım edib.
Uilyams vida mesajında azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib və milli komandada çıxış etməyin ona Qana kökləri ilə daha sıx bağ qurmağa imkan verdiyini qeyd edib.
Qeyd edək ki, futbolçu 2022-ci ilin payızında beynəlxalq səviyyədə İspaniya əvəzinə Qana millisinin şərəfini qorumağa qərar verib. 32 yaşlı hücumçu bundan sonra btünün diqqətini formasını geyindiyi klububa yönəltmək niyyətindədir. İnyaki Qana yığmasının heyətində 28 oyunda meydana çıxıb və iki qol vurub. O, Afrika təmsilçisinin heyətində DÇ-2022 və DÇ-2026-da meydana çıxmaqla yanaşı, 2023-cü il Afrika Millətlər Kubokunda da iştirak edib.