"Əl-Nəsr"in keçmiş yarımmüdafiəçisi Marselo Brozoviç "Əl-Sadd"la ortaq məxrəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib. Xorvatiyalı futbolçu 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırlaşır.
33 yaşlı oyunçu "Əl-Nəsr"dən ayrıldıqdan sonra azad agent statusundadır. Daha əvvəl "Əl-İttihad"ın onunla maraqlandığı bildirilirdi. "Fənərbaxça" və "Fiorentina" da xorvatın xidmətində maraqlı idi.
Qeyd edək ki, Brozoviç ötən mövsüm bütün turnirlərdə 40 oyuna çıxaraq 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə birlikdə Səudiyyə Ərəbistanı çempionatının qalibi olub və Asiya Çempionlar Liqasının finalına yüksəlib.