"Fiorentina"nın futbolçusu Franko Mastantuono Lionel Messinin rekordunu üstələyərək yeni nailiyyətə imza atıb. Sport24.az xəbər verir ki, 19 yaşlı vinger A Seriyasının "Venetsiya"ya qarşı keçirilən və florensiyalıların 4:2 hesablı qələbəsi ilə başa çatan matçında 3 qolla fərqlənib.

 

​Mastantuono 19 yaş 28 günlük ikən het-trik edib və Avropanın TOP-5 liqalarında bir matçda 3 qol vurmağı bacaran tarixin ən gənc argentinalısı olub.

 

​Onun məhsuldar oyunu "Fiorentina"ya cari A Seriyası mövsümündə ilk qələbəsini qazanmağa kömək edib. Qazanılan 3 xal sayəsində komanda turnir cədvəlində 15-ci pilləyə yüksəlib.