PSJ və Portuqaliya millisinin keçmiş yarımmüdafiəçisi Renato Sançes "Xetafe"yə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.

 

Avropada qalmağı hədəfləyən Sançes karyerasını MLS, Səudiyyə Ərəbistanı və ya Braziliyada davam etdirmək istəməyib.

 

Portuqaliyalı futbolçu ötən həftə PSJ ilə müqaviləsinə xitam verildikdən sonra azad agent statusu qazanıb.

 

Sançs bir müddət əvvəl "Çelsi"nin də maraq dairəsinə düşmüşdü. 

 

Yarımmüdafiəçi 2022-ci ilin yayından PSJ-nin üzvü idi (bu müddət ərzində "Roma", "Benfika" və "Panatinaikos"da icarə əsasında çıxış edib). Portuqaliyalı Paris klubunun heyətində ümumilikdə 27 oyun keçirib və iki qol vurub.

 

Sançes 2025/26 mövsümündə "Panatinaikos"un heyətində bütün turnirlərdə 24 matçda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, Renato Portuqaliya millisinin heyətində Avro-2016-nın qalibi olub. O, yığmada ümumilikdə 32 oyun keçirib və 3 qol vurub.