Sabahın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi Norveçin "Vikinq" komandasının futbolçusu Ola Vistedi icarəyə verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı futbolçu mövsümün sonuna kimi "KFUM Oslo"da çıxış edəcək.

 

"Sabah" ÇL-də birinci turda "Mançester Yunayted"ə (0:4), "Vikinq" isə "Ştutqart"a (1:4) uduzub.

 

Komandalar arasındakı matç noyabrın 4-də Norveçdə olacaq.