Misli Premyer Liqasının 5-ci turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Şamaxı"nı qonaq edir.
Meydan sahibləri cari mövsümdə xal qazanmayan yeganə kollektivdi və turnir cədvəlinin zirzəməsində qərarlaşıb. Azər Bağırovun çalışdırdığı "şirlər" isə 5 xalla 6-cı yerdədir. heç şübhəsiz ki, "kimyaçılar" məhz "Şamaxı" ilə görüşdə uğursuzluğa son qoymağı, azarkeşlərini qələbə ilə sevindirmək istəyir.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar ertəsəi keçiriləcək. Hesabat həftəsinin açılış matçında isə "Neftçi" səfərdə "İmişli"ni 3:2 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
I dövrə, V tur
19:45. "Sumqayıt" - "Şamaxı"
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sumqayıt. "SOCAR Polymer Arena".
"Sumqayıt": 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 17. Nihad Əhmədzadə 9. Jeam Oliveyra 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 21. Tiaqo Almeyda 5. Renan Santana
Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 29. Emil Mustafayev 75. Nadir Orucov 97. Vüsal Paşayev 11. Mamadi Banqre 27. İmani Barker
"Şamaxı": 1. Rikardo Fernandes (k) 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 11. Ayman Bouali 3. Jota 19. Abdullahi Şuaybu 4. Rui Paşeko 52. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 80. Həbib İsmayılov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 9. Tornike Axvlediani 8. Teşaqer Dequ