Azərbaycanda ilk dəfə keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirində ikinci yarımfinal qarşılaşması baş tutub. Sport24.az xəbər verir ki, ölkəmizi təmsil edən "Elit Polo Club" Birləşmiş Krallığın "Red Star" komandası ilə üz-üzə gəlib.

 

Gərgin keçən görüş təmsilçimizin 9:7 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Günün digər yarımfinal matçında isə İsveçrənin "Sankt Morits" klubu Rusiyanın "Moscow Polo Club" kollektivini 6:4 hesabı ilə üstələyib.

 

Bu nəticələrdən sonra "Elit Polo Club" sabah təşkil olunacaq final matçında "Sankt Morits"lə çempionluq uğrunda mübarizə aparacaq. "Red Star" və "Moscow Polo Club" isə 3-cü yer uğrunda təsəlli görüşünə çıxacaqlar.