"Neftçi" basketbol klubu Türkiyənin İzmir şəhərində təşkil olunan "Ege Kuboku 2026" beynəlxalq turnirində iştirak edib. Sport24.az xəbər verir ki, yeni mövsümün hazırlıqları çərçivəsində turnirə qatılan Bakı təmsilçisi iki sınaq matçına çıxıb.
"Ağ-qaralar" ilk qarşılaşmada "Aliağa Petkim Spor"a 52:81 hesabı ilə məğlub olub. "Neftçi" turnirdəki ikinci görüşündə isə "PizzaBulls Bordo Bandırma" kollektivi ilə üz-üzə gəlib və matç rəqibin 105:59 hesablı üstünlüyü ilə başa çatıb.