"Bavariya" "Liverpul"un yarımmüdafiəçisi Florian Virtslə bağlı vəziyyəti yaxından izləyir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Münhen klubu hələ də 23 yaşlı alman futbolçunun xidmətində maraqlıdır. Virts İngiltərə klubunda gözləntiləri doğrultmur. O, Premyer Liqada keçirdiyi 33 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Virts 2026/27-ci il mövsümünün sonunadək gözlənilən səviyyədə oyun nümayiş etdirməsə, "Liverpul" onun transferə çıxarmağı planlaşdırır. 

 

Qeyd edək ki, alman yarımmüdafiəçi 2025-ci ilin iyulundan "Liverpul"un formasını geyinir. Onun "qırmızılar"la müqaviləsi 2030-cu il iyununda başa çatır.