3x3 basketbol üzrə Azərbaycan qadın millisi Avropa çempionatının yarımfinalına yüksəlib. Sport24.az xəbər verir ki, Belçikanın Antverpen şəhərində keçirilən turnirdə həlledici qarşılaşmalara start verilib.
1/4 final mərhələsində Fransa seçməsi ilə üz-üzə gələn yığmamız 20:15 hesabı ilə qalib gəlib.
Beləliklə, Azərbaycan millisi yarımfinala vəsiqə qazanıb. Komandamız bu mərhələdə İspaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.