Bu gün Misli Premyer Liqasının 5-ci turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Şamaxıda baş tutacaq.
"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edir. Nominal meydan sahibləri hazırda 1 xalla turnir cədvəlinin zirzəmisində qərarlaşıb. Qonaqların isə aktivində 7 xal var. "Boz qurdlar" 5-ci pillədədir. Cavid Hüseynovun baş məşqçi olduğu Naxçıvan təmsilçisi cari mövsümdə qələbə üzünə həsrət qalıb və bu görüşdə "qara zolaq"dan çıxmağa çalışacaq. Kurban Berdıyevin yetirmələri də liderlər qrupundan uzaq düşməmək üçün 3 xal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, hesabat həftəsində artıq baş tutan görüşlərdə "Neftçi" səfərdə "İmişli"ni (3:2), "Kəpəz" "doğma divalar" arasında "Qəbələ"ni (1:0) məğlub edibsə, "Sumqayıt - "Şamaxı" matçı 1:1 hesabı ilə başa çatıb.
Misli Premyer Liqası
I dövrə, V tur
16:30. "Araz-Naxçıvan" - "Turan Tovuz" 1:0 (Birinci hissə)
Qol: E. Hakman, 7, (aftoqol)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov
VAR: Kamal Umudlu
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Şamaxı. Şəhər stadionu.
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 7. Rövlan Muradov 26. Ömər Buludov 2. Abdulla Rzayev 8. Mustafa Əhmədzadə 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 11. Mohamed Mara 36. Mamadu Kane 5. Luka Dumançiç
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes 19. Abdallah Sudi
Baş məşqçi: Zaur İsmayılov
"Turan Tovuz": 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 88. Faiq Hacıyev (k) 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 11. Dioqo Balau
Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 5. Roderik Miller 21. Stiv Beusnar 77. İbrahima Vadji 25. Denis Marandiçi 8. David Tavareş 28. Aleksa Yankoviç
Baş məşqçi: Kurban Berdiyev