Şirvan şəhərində şahmat üzrə "Shirvan Open 2026" Beynəlxalq Festivalı keçiriləcək. Sport24.az xəbər verir ki, oktyabrın 19-26-sı aralığında keçiriləcək turnir Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində təşkil olunacaq.

 

Festival dörd qrup üzrə keçiriləcək:

A qrupu - açıq klassik turnir
B qrupu - U-14 klassik turnir
Rapid
Blits

 

Turnirin ümumi mükafat fondu 22 670 AZN təşkil edir. Bunun 17 000 AZN-i A qrupuna, 4 250 AZN-i B qrupuna, 770 AZN-i rapid, 650 AZN-i isə blits yarışına ayrılıb.

 

A və B qruplarının qaliblərinə xüsusi kubok təqdim olunacaq. Müxtəlif yaş, qadın və reytinq kateqoriyaları üzrə də xüsusi mükafatlar nəzərdə tutulub.

 

Qeyd edək ki, festival Şirvan Olimpiya İdman Kompleksində təşkil olunacaq.